"Yeni parlametlə köhnə parlamentin heç bir fərqi olmayacaq..."

"Yeni parlametlə köhnə parlamentin heç bir fərqi olmayacaq..."

Suallarımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır:

- Azad müəllim, 9 fevralda parlamentə seçkilər keçiriləcək. Xalq bu seçkidə parlamentə layiqli namizədini seçə biləcəkmi?

- Konistitusiyaya görə, 18 yaşa çatmış hər bir Azərbaycan vətəndaşına seçmək və seçilmək hüququ verilib. Vətəndaşlarımız onlara verilmiş bu hüquqdan istifadə edərk parlamentə layiqli namizədini seçməlidir. Bunun üçün vətəndaş seçkinin, parlamentin nə olduğunu anlamalıdır ki, ora kimin layiq olduğuna qərar verə bilsin.

Mən seçki prosesində həm deputatlığa namizəd, həm də seçki prosesini mişahidə edən şəxs kimi bütün məsuliyətimlə deyə bilərəm ki, xalqın seçmək təcrübəsi kifayət deyil. Vətəndaşlara qanunla verilmiş seçki hüquqları ilə onların siyasi, intellektual dünyagörüşü arasında fərq var.

Baxın, sizə bir neçə misal çəkim: seçki məntəqəsinə bəzən elə vətəndaşlarımız səs verməyə gəlir ki, oxuya bilmir, bülleten nədir bilmir, hətta gözü də yaxşı görmür. Namizədlərin nə adını bilir, nə soyadını, bir sözlə, içtimai-siyasi hadisələrdən bixəbərdir. Bəzən də seçici açıq şəkildə deyir ki, yol, su çəkdirən namizəd hansıdır ona səs verəcəyəm. Bu cürə düşünən və ya anlayan şəxslər parlamentə kimin layiq olduğunu bilməzlər. Amma mövcud qanunlar həmin vətəndaşa səsvermə hüququ verib və onun seçki prosesində iştirak etmək haqqı da var.

Belə olan təqdirdə secicilərin intelektual səviyyəsinə uyğun olaraq, namizədlər təbliğat kampaniyası aparırlar. Təbliğat zamanı bəzi namizədlər seçicilərə yol, işıq, su, qaz çəkmək, sosial vəziyyətlərini düzəldəcəklərini vəd edir. Digər namizəd iş yeri vəd edir, başqası qısa vaxtda Qarabağı azad edəcək kimi vədlər verir, bəziləri isə səs əldə etmək ərzaq paylıyır.

Təbii olaraq belə təbliğatlara inanan seçici parlamentə kimin layiq olduğunu bilə bilməz. Seçicilərin indiki intellektual səviyəsi və mövcud seçki qanunları ilə keçirilən seçkinin nəticəsi normal ola bilməz, ona görə də, yeni parlamentlə köhnə parlamentin heç bir fərqi olmayacaq. Hesab edirəm ki, seçki texnalogiyasını yəni seçki qanunlarımızda dəyşiriklik etmək zamanı gəlibdir.

- Siz deyirsiniz ki mövcud qanularla vətəndaşlarımız parlamentə layiqli namizəd seçə bilməyəcək bunun nəticəsi necə olacaq, nə təklif edirsiniz?

- Mövcud qanunlarala seçki prosesində qohumbazlıq, tayfabazlıq, dostbazlıq, işbazlıq yolları ilə mandat əldə edən insanlar olacaq. Bundan başqa belə bir deyim var: “səs verən əsas deyil, səs sayan əsasdır”.

Indiki halda seçki prosesi sadə səsvermə yolu ilə aparılır, yəni səsvermə nəticəsi seçicilərin ən çox səsini alan namizəd qalib sayılır. Bu qaydanın özündə də ədalət pirinsipi pozlur. Məsələn, bir məntəqədə 1000 nəfər seçici varsa onlardan 100 nəfəri seçkiyə gəlir, qalanları bu və ya digər səbəbdən seçkidə iştirak etmir yəni gəlmir. Seçkiyə gələnlərin əllisi və ya atmışı kiməsə səs verirsə bu şəxs qalib sayıla bilər. Məntiqdən belə nəticə çıxır ki, 1000 seçicisi olan bir məntəqədən əlli-atmış səs qazanmaqla qalib olunur.

Dölət vətəndaşının təhlükəsiziliyini təmin edir, sosial vəziyətin yaxşılaşdırmağı üçün məsuliyyət daşıyırsa, vətəndaşın da dövlətin tale yüklü məsələsində, seçki prosesində məsuliyəti olmalıdır. Elə seçki sistemi qurulmalıdır ki, vətəndaş mütləq şəkildə seçkidə iştirak etsin. Hər şey niyyətə bağlıdı, biz sözün həqiqi mənasında xalqa layiqli namizıd seçmək hüququ veririksə, seçki yolu ilə xalqın hakimiyətini formalaşdırmaq istiyiriksə onda iki pilləli seçki sisteminı keçməliyik. Yəni parlament üzvünü seçilmişlər seçməlidi.

Məsələn, bir məntəqədə indiki halda 1000 və ya 1500 nəfər seçici ilkin mərhələdə 100-150 nəfəri seçməlidir. Seçilmiş 100-150 vətəndaşın parlamentə seçkilərdə səsvermə hüququ verilərsə bu halda layiqli namizəd seçilə bilər. Bu yüz, yüz əlli seçmə hüquqlu elə şəxs olmalıdır ki, seçki prosesi barədə anlayışı olmalı, savadlı, ictimai - siyasi proseslərdən bixəbər olmamalı, məcazi olaraq söyləyim ki, ağı qaradan ayırd edə bilməlidir, bu kriteliyalar müxtəlif ola bilər. Bu şəxslər yəni seçilmişlər dövlər və xalq qarşısımda məsuliyyətini his etməlidi, seçki prosesində məcbur iştirak etməlidir.

- Yeni parlamentlə köhnə parlamentin heç bir fərqi olmayacaqdısa, onda parlament niyə buraxıldı?

- Cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, buraxılmış parlament üzvlərinin əksəriyyəti nazirlərin, məmurların təsir altında idilər. Prezident islahatlar nəticəsində nazirlərin, məmurların işdən azad etməsi parlamentin fəaliyyətinə təsir edə bilər, təxribat nəticəsində dövlətin siyasətinə xələl gələ bilərdi. Hesab edirəm ki, yeni parlament üzvləri nazirlərin, məmurların təsirindən azad ediləcək, fəaliyyətləri olduğu kimi qalacaqdır.

Mənbə: moderator.az