Ermənistan Məhkəmədə cavabdeh qismində dindiriləcək.

Ermənistan Məhkəmədə cavabdeh qismində dindiriləcək.

Ermənistan, Azərbaycanın işğal altında saxladığı ərazilərdə yol verdiyi vandallığa görə Avropa Məhkəməsində cavabdeh qismində dindiriləcək.

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi05 Yanvar 2011-ci ildə Ermənistana qarşı, Avropa məhkəməsində Məhkəmə iddiası qaldırdı.
İddia ərizəsinin № 52323/11 – ilə qeydə alındığı barədə Hüquqşunqs Sadiq Bağırovun ünvanına 26 avqust 2011-ci il tarixdə Strasburqdan cavab gəldi.
Ərizədə,İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 34-cü maddəsinə və Məhkəmə Reqlamentinin 45-ci və 47-ci maddələrinə uyğun olaraq, Ağdam şəhərindəki Cümə Məscidi, Ağdam rayonu ərazisindəki Şahbulaq qalası, Laçın rayonu Kosalar kəndindəki Ağoğlan monastırı, Laçın Tarix-Diyarşunaslıq Muzeyi, Kəlbəcər Tarix-Diyarşunaslıq Muzeyi, Kəlbəcər rayonunun Vəng kəndindəki Gəncəsər (Qandzasar) Monastırı, Şuşa şəhərindəki Aşağı Gövhərağa Məscidi, Şuşa şəhərindəki Yuxarı Gövhərağa Məscidi üzərində törədilən vandalizm aktları qeyd olunur. Ermənistan bu hərəkətləri ilə Konvensiyanın 8-ci maddəsini və 1 saylı Protokolun 1-ci maddəsini kobud şəkildə pozulduğu aşıq şəkildə qeyd olunur.
Müraciətdən 9 il sonra Yəni 30 Oktyabr 2019-cu il tarixdə Avropa Məhkəməsi bizə müraciət göndərdi. Əlbəttə biz də öz növbəmizdə şikayətimizi davam etdirəcəyimizi bildirdik. Bu hal ümid verir deyək ki, Ermənistan, Azərbaycanın işğal altında saxladığı ərazilərdə yol verdiyi vandallığa görə Avropa Məhkəməsində cavabdeh qismində dindiriləcək.
Vandalizm aktları birmənalı şəkildə beynəlxalq qanunlar və konvensiyalarda yoverilməz hesab edilir. 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var.
Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq" barəsində razılığa gəliblər.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.
Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur.
Bundan başqa Haaqa konvensiyasında konvensiyanın tətbiq edilməsi qaydaları müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilmişdir.
Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə (2011-2015) Komitəyə üzv olduğu müddətdə 21 dekabr 2012-ci il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilmişdir.
Qərarda işğalçı ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və bu ərazilərə texniki missiyalarının göndərilməsi imkanları əks olunmuşdur. 18-19 dekabr 2013-cü il tarixində Parisdə keçirilən YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 8-ci Sessiyasında qəbul edilmiş digər sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onların həyata keçirilməsi mexanizmləri, monitorinq məqsədilə YUNESKO tərəfindən texniki missiyalarının göndərilməsi, YUNESKO-nun Baş Direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisində qəbul olunacaq qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması və s. öz əksini tapmışdır.
Azərbaycan Respublikası, UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilməsi, Azərbaycana işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir. Beləki Komitə, Azərbaycana onun işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunmasına nəzarət edilməsinə şərait yaratmalı və işğalçı dövlətin nəzərinə münaqişə zonasında mədəni mülkiyyətin qorunmasının vacibliyini çatdırmalıdır..
Azərbaycanın mədəni dəyərlərinə qarşı törədilmiş cinayət əməllərinin, eləcədə bu abidələrə dəymiş zərərlərin qiymətləndirilməsinin aparılması 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s saylı “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların qiymətləndirilməsi” barədə sərəncamına, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına və 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul etdiyi sənədlərə və digər normativ aktlara uyğun həyata keçirilir.
Faiq İsmayılov

Mənbə: azpress.az