Kanada və İran vurulmuş təyyarənin qara qutuları ilə bağlı fikir ayrılıqları yaşayır

Kanada və İran vurulmuş təyyarənin qara qutuları ilə bağlı fikir ayrılıqları yaşayır

İran ABŞ və Fransa rəsmilərindən Ukrayna təyyarəsinin qara qutularından məlumatı çıxarmaq üçün lazım olan avadanlıq istədiyini bildirib. Bu isə qara qutuların xaricdə təhqiq olunmasını istəyən ölkələri qəzəbləndirə bilər.

Kanadanın baş naziri Castin Trudo deyib ki, İran məlumatı əldə etmək imkanlarına malik deyil və o, qara qutuların Fransaya göndərilməsini tələb edib. Kyiv isə qara qutuların Ukraynaya göndərilməsini istəyir. Qəzada ölən 176 nəfərdən 57-si Kanada vətəndaşı idi.

Ukrayna Beynəlxalq Hava Yollarının idarə etdiyi ABŞ istehsalı olan Boeing 737 təyyarəsi yanvarın 8-də səhvən İran qüvvələri tərəfindən vurulmuşdu.

İran ordusu tərəfindən səhvən vurulan Ukrayna Hava Yollarına məxsus Boeing 737 təyyarəsinin qalıqları

Birləşmiş Ştatlarla uzun zamandır qarşıdurma yaşayan Tehran qara qutuları təhvil verib-verməyəcəyinə dair qarışıq siqnallar verib.

İranın aviasiya rəsmisi şənbə günü qara qutuların Ukraynaya göndəriləcəyini demişdi, lakin bir gün sonra onların İranda təhqiq olunacağını söylədi.

Onların xaricə göndərilməsinin ləngiməsi İrana qarşı təzyiqlərin artmasına gətirib çıxaracaq.

İran ordusu təyyarəni İranın İraqda ABŞ həfələrinə qarşı raketlər atmasınan bir neçə saat sonra vurub.

“Əgər müvafiq avadanlıqlar və təchizatlar təmin olunsa, məlumatlar çox qısa zamanda çıxarıla və bərpa edilə bilər” – deyə, İranın Mülki Aviasiya Təşkilatı bazar ertəsi qəza ilə bağlı ikinci hesabatında bildirib.

İranın ehtiyacı olduğu avadanlıq siyahısı Fransanın BEA qəza agentliyi və ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına göndərilib. Bu barədə İranın aviasiya qurumu məlumat yayıb.

“Hələ ki, bu ölkələr avadanlıqların İrana göndərilməsinə müsbət cavab verməyib”, qurum bildirib. Qurum həmçinin bildirib ki, Ukrayna təyyarəsinə Tehrandan havaya qalxandan qısa müddət sonra iki TOR-M1 yer-hava raketləri atılıb.

Kanadanın baş naziri Castin Trudo

‘Maksimum təzyiq’

İranın aviasiya qurumu bildirir ki, onlar Boeing 737 təyyarəsinin qara qutularından məlumatı çıxarmaq üçün lazım olan avandanlığa sahib deyillər.

Trudo məlumatların dərhal çıxarılmalı olduğunu söyləyib.

“Bu işi kvalifikasiyası olan mütəxəssislər etməlidirlər. Amma burada texnologiya və avadanlıqlar da mühümdür ki, onlar İranda yoxdur” – deyə, o, Mahibotada keçirilən mətbuat konfransı zamanı söyləyib.

“Beynəlxalq ictiamiyyət arasında qara qutuların Fransaya göndərilməsinin ən doğru seçim olduğuna dair konsensus var və biz də İrana bunu etməsi üçün təzyiq göstəririk”, o söyləyib.

Mənbə: www.amerikaninsesi.org