Tramp Davosda Avropanı təhdid etdi: Razılaşma olmasa...

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Davosda çox yaxşı görüş keçirildi, ancaq Vaşinqton razılaşma əldə edilməyəcəyi təqdirdə Avropadakı avtomobil sənayesi üçün gömrük vergisinin artımını nəzərdən keçirəcək.

Axar.az xəbər verir ki, bunu Davosda Dünya İqtisadi Forumunda iştirak edən ABŞ Prezidenti Donald Tramp bildirib.

Leyen isə Trampla görüşü barədə danışarkən bunları qeyd edib:

"Amerika və Avropa xalqları yaxşı dostdur və biz də buna arxalanacağıq. Əslində müzakirə edəcəyimiz məsələlər var və danışıqlar aparacağıq".

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Kirayə evlərin qeydiyyatına yarım saat qalsa da, sayt çökdü

SONRAKI XƏBƏR

“Fənərbağça” Türkiyə kubokunun dörddəbir finalına yüksəlib