Berlin konfransı Haftarı gücləndirdi, Sərracı isə... - Ekspert

Berlin konfransı Xəlifə Haftarın legitimliyini daha da gücləndirdi.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Mətin Gürcan Liviya ilə bağlı son prosesləri şərh edərkən deyib.

Gürcan bildirib ki, sözügedən konfransdan sonra Haftar Liviya Milli Razılıq Hökumətinin Baş naziri Fayez Sərracla bərabər statusa gəlib:

“Haftarı “qiyamçı” və “terrorçu” kimi təqdim edirdiksə, bu gün artıq önəmli fiqura çevrilib, hətta Sərracla eyni statusdadır. Haftarın təmsil etdiyi struktur Milli Razılaşma Hökuməti qədər önəmli faktor oldu. Bu mənada Berlin toplantısı Haftarın həm şəxsi, həm də rəhbərlik etdiyi qüvvələrin siyasi çəkisini xeyli artırdı”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Dövlətə xəyanətdə təqsirləndirilən jurnalistin məhkəməsi başlayır

SONRAKI XƏBƏR

Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı kəskin artıb