Tehran aeroportunda sərnişinlər virus testindən keçirilir

Tehran aeroportunda sərnişinlər virus testindən keçirilir

Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında ciddi yoxlama tədbirləri həyata keçirilir. Çindən gələn bütün sərnişinlər virus testindən keçirildikdən sonra şəhərə buraxılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin infeksion xəstəliklərin araşdırılması şöbəsinin müdiri Hüseyn Ərfani deyib. O bildirib ki, Çində və Cənub-Şərqi Asiya ölkələrində yayılan koronavirusun İranda yayılmaması üçün profilaktiki işlər həyata keçirilir. Bu günə kimi İranda koronavirusun daşıyıcısı və bu virusa yoluxma halları müşahidə edilməyib.

Qeyd edək ki, Tehrandan hər gün Çinin müxtəlif şəhərlərinə çoxsaylı təyyarə reysləri var.

Xatırladaq ki, virusun geniş yayılması Ümumdünya Səhiyyə Təşkilatını hərəkətə keçməyə vadar edib. Təşkilat təcili toplantı çağıraraq müxtəlif dövlətlərin virusoloqlarını bu toplantıya dəvət edib.

Mənbə: azertag.az