AZƏRTAC-ın xüsusi müxbiri Macarıstan KİV-lərində 20 Yanvar faciəsi haqqında informasiya ilə çıxış edib

AZƏRTAC-ın xüsusi müxbiri Macarıstan KİV-lərində 20 Yanvar faciəsi haqqında informasiya ilə çıxış edib

Macarıstanın “Daily News Hungary” nəşri öz saytında Azərbaycanın bu ölkədəki səfirliyində sovet rejiminin 1990-cı il yanvarın 20-də Bakı törətdiyi cinayətlərin 30-cu ildönümünə həsr olunmuş tədbirin keçirilməsi haqqında AZƏRTAC-ın xüsusi müxbirinin informasiyasını yerləşdirib (bax: https://dailynewshungary.com/news_to_go/from-budapest-1956-to-baku-1990-commemoration-in-budapest/).

AZƏRTAC xəbər verir ki, informasiyada Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin, azərbaycanlı tələbələrin, macarıstanlı qonaqların xatirə tədbirindəki çıxışları işıqlandırılıb. Otuz il əvvəl baş vermiş 20 Yanvar faciəsi barədə məlumat verilib, 1956-cı ildə sovet qoşunlarının Budapeştə yeridilməsi ilə Qara Yanvar hadisələri arasında paralellər aparılıb.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

AZERTAG.AZ :AZƏRTAC-ın xüsusi müxbiri Macarıstan KİV-lərində 20 Yanvar faciəsi haqqında informasiya ilə çıxış edib

Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: azertag.az