Rusiya - Türkiyə GƏRGİNLİYİ:General liderləri üz-üzə qoyur

Rusiya - Türkiyə GƏRGİNLİYİ:General liderləri üz-üzə qoyur

Türkiyəyə qarşı sərt mövqeyilə tanınan Liviya Milli Ordusunun komandanı general Həftər qəti qərarını verib.

Məhz onun qərarı ilə ordu paytaxt Tripolinin dünyaya açılan qapısı olan Mitiga aeroportunun “Qrad” raketləri ilə vurulmasına dair əmr verib.

Almaniya paytaxtı Berlində Liviya gərginliyinin aradan qaldırılması istiqamətində keçirilən görüşün nəticəsiz tamamlanması beləliklə bir daha özünü göstərib. Atəşkəs sazişinə əməl etməyən general Həftər paytaxt aeropotunu vurmaqla ölkənin nüfuzuna ciddi ziyan gətirib.

Cebhe.info-ya açıqlamasında məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Həftərin bu addımı sonda Türkiyənin, Liviyanın daxili məsələlərinə qarışmalı olacaq:

“Yanvarın 8-də “Türk axını” təbii qaz boru kəmərinin açılışda iştirak edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş. Görüşdə Liviya və Suriyadakı vəziyyət müzakirə olunub. Nəticədə iki məsələ haqqında razılaşma əldə olub: İdlibdə atəşkəsə riayət olunsun və Liviyadakı qüvvələr arasında atəşkəsə nail olunsun. Lakin razılaşmanın heç biri yerinə yetirilmədi. İdlibə hücum davam edir, Liviyada da atəşkəsə riayət olunmur. Həftər gücləri hücuma keçir. Çünki Həftər ölkənin böyük hissəsinə nəzarət edir. Bircə nəzarətdənkənar Tripoli qalıb ki, Həftər onu da ələ keçirmək istəyir.

Əslində, bu Türkiyə-Rusiya münasibətlərinə təsir etməsə də, Türkiyə Rusiyanın bu məsələnin həllini uzatmasından narahatdır. Amma Həftərə yalnız Rusiyayanın təsiri yox, eyni zamanda Yunanıstan, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Misir kimi dövlətlərin hamısı Həftərə yardımçı olur, silah verir. Bu baxımdan Türkiyə Rusiya ilə düşmən olmayacaq. Amma hər halda bu vəziyyət Türkiyəni müəyyən qədər çətin vəziyyətdə qoyur. Çünki Tripoliyə hücum başlanacaqsa, Türkiyə ordusu cavab vermək məcburiyyətində qalacaq.

Bu həm Türkiyə ordusunda itkilərə, həm də Türkiyənin Liviyadakı daxili məsələlərə qarışmasına gətirib çıxara bilər. Türkiyə isə bunu istəmir. Ona görə də Türkiyə atəşkəs anlaşmasına maraqlıdır. Həftəri dəstəkləyən dövlətlər ona görə Türkiyəni bu yola sürükləyirlər ki, onun mövqelərini zəiflətsinlər. Türkiyə Liviya mərkəzi hökuməti ilə dəniz sərhəddinin müəyyənləşməsi ilə bağlı anlaşma imzalayıb. Əgər Həftər qüvvələri hücuma keçib mərkəzi hakimiyyəti ələ keçirərsə, bu anlaşmadan imtina edəcək. Bu da Türkiyənin maraqlarına toxunacaq”.
 

Mənbə: cebhe.info