Erməni vəkil: “Qriqoryana “1 Mart” işi ilə bağlı ifadə verməsi üçün təklif olmayıb”

Erməni vəkil: “Qriqoryana “1 Mart” işi ilə bağlı ifadə verməsi üçün təklif olmayıb”

“Nə ilkin istintaq zamanı, nə də indi səlahiyyətli orqanlar tərəfindən dindirilməyib və təklif olunmayıb ki, Manvel Qriqoryan, “1 Mart” işi bağlı ifadə versin, heç vaxt “1 Mart” işi ilə bağlı ifadə verməsinə dair istək bildirilməyib. Biz ictimaiyyətin bildiyini bilirik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq deputatı, “Yerkrapah” hərbi təşkilatının keçmiş sədri Manvel Qriqoryanın müdafiəçisi, vəkil Levon Bağdasaryan deyib.

Vəkil, həmçinin bildirib ki, Qriqoryan hazırda reanimasiya şöbəsində qalmağa davam edir, vəziyyəti ağırdır, 30-dan artıq xəstəlikdən əziyyət çəkir, müstəqil hərəkət edə bilmir, oksigen aclığı o qədərdir ki, 24 saatlıq rejimlə həmin cihazdan istifadə edir.

Mənbə: ordu.az