Öldürülən erməni hərbi qulluqçunun işi ilə bağlı məhkəmə heç nə etməyib

Öldürülən erməni hərbi qulluqçunun işi ilə bağlı məhkəmə heç nə etməyib

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu 2019-cu il martın 12-də işğal altında olan Madagizdə yerləşən hərbi hissədə öldürülmüş erməni hərbi qulluqçu Karen Karapetyanın yaxınlarının nümayəndəsi, hüquq müdafiəçisi Ruben Martirosyan deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib.

Vəkil qeyd edib ki, məhkəmə Martirosyanın cinayət barədə məlumatını alaraq heç bir tədbir görməyib.

Martirosyan Karapetyanın valideynlərinin adından xahiş edib ki, Paşinyan bu məlumatın Ermənistan Xüsusi İstintaq Xidmətinə göndərilməsi və ona qanuni gedişat verilməsi üçün göstəriş versin.

“Eyni zamanda nəzarət xidmətinizə göstəriş verməyinizi xahiş edirəm ki, bu məlumat onların nəzarəti altına götürülsün”, - deyə erməni hüquq müdafiəçisi Paşinyana yazıb.

Mənbə: ordu.az