Türkiyədən Yunanıstana – Sərt mesaj

Türkiyədən Yunanıstana –  Sərt mesaj

Türkiyə Yunanıstanın qeyri-hərbi statuslu 16 adanı silahlandırması ilə əlaqədar sərt reaksiya verib.

Türkiyənin Müdafiə naziri Hulusi Akar Yunanıstanı beynəlxalq hüquqa uyğun davranmağa çağırıb.

Nazir anlaşmaya zidd olaraq qeyri-hərbi statuslu 16 adanın silahlandırması ilə Yunanıstanın beynəlxalq hüquqa uyğun hərəkət etmədiyini bəyan edib: "Yunanıstandan beynəlxalq hüquqa, imzaladığı müqavilələrə və yaxın qonşuluq münasibətlərinə əsasən davranış sərgiləməsini gözləyirik".

İdlibdəki son situasiyaya toxunan Hulusi Akar hava hücumları zamanı minlərlə insanın həyatını xilas etmək üçün "Zeytun budağı" və "Fərat qalxanı" bölgələrinə qaçmağa çalışdığını söyləyib.

Mənbə: olaylar.az