"Rusiya "nəinki Suriyaya, hətta Liviyaya girmək istəyən məndən icazə almalıdır" deyir"-RƏY

Rusiya prezidenti Vladimir Putin Liviyadakı muzdlularını geri çağırmadığı kimi, İdlibdə də atəşkəsə riayət etmir.
Suriyada növbəti hadisələr nə olacaq?
Tramp seçki öncəsi nələr edə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Mübariz Əhmədoğlu açıqlama verib. O, bildirib ki, Yaxın Şərqdə Putinin apardığı siyasət Trampın apardığı siyasəti çoxdan üstələyib:
"Putin Rusiyaya nə vaxt qoşun yeritdi? Bu proses 2014-cü ildən başladı. Hansı şəraitdə ora qoşun yeritdi? Artıq Amerika, Suriya və bütün dünyada qəbul etmişdi ki, Amerikanın qoşunları Suriyadakı vəziyyəti düzəltməyiblər. Yəni Amerikanın qoşunları rəsmi olaraq 3 il Suriyada idi və vəziyyəti nizamlaya bilmədilər. Hətta ABŞ-ın o dövrdə Suriya ilə bağlı sabit bir siyasəti də yox idi. Hillari Klinton dövlət katibi idi və Bəşər Əsəd ilə görüşdü. Qeyd etdi ki, biz Bəşər Əsədi dəstəkləyirik. Niyə bunu devirməliyik ki, axı o bizim öz adamımızdır. Amerikaya qayıtdıqdan sonra Obama artıq ayrı formada, yəni Klintonun mövqeyinin əleyhinə qərar qəbul etdi. Rusiya Suriyaya o zaman daxil oldu ki, artıq ABŞ hərbçiləri orada vəziyyətə nəzarət edə bilmirdilər. Bir sözlə ABŞ-ın siyasəti Suriyada gücsüz idi. Zaman keçdikcə Putinin mövqeyi xeyli gücləndi. Artıq Suriya ictimaiyyəti Putini tanıyır, oradakı müsəlmanlar, xristianlar da bilir ki, Putin kimdir. Orada həm katoliklər, həm də pravoslavlar var. Hamısı bu dəqiqə Putinin başına and içir. Suriya məsələsinə görə hətta Roma Papası 6 dəfə Putini qəbul edib. Rusiyanın siyasəti Suriyada artan istiqamətdə, ABŞ-ın siyasəti isə azalan istiqamətdədir. Onu da qeyd etməliyəm ki, Rusiya "nəinki Suriyaya, hətta Liviyaya girmək istəyən hər kəs məndən icazə almalıdır" deyir. Yəni, Rusiya Liviyada özünü bu dərəcədə güclü hesab edir. Ona görə düşünmürəm ki, yaxın zamanlarda ABŞ-ın Rusiyanı nYaxın Şərq regionu üzrə siyasətini zəiflətməyə gücü çatsın. ABŞ-ın orada ən yaxın müttəfiqləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləridir. Putin 5-6 ay qabaq hər iki ölkədə səfərdə oldu. Onlar Putini kral kimi, dünyanın bir nömrəli prezidenti kimi qarşıladılar. Dünyanın heç bir prezidentini o qaydada, bu qədər yüksək səviyyədə qarşılamamışdılar. Bu mənada Rusiyanın Yaxın Şərqdə siyasəti güclənir. Belə başa düşürəm ki, bu güclənmə hələ davam edəcək. Ona görə Trampın nəsə bir şey edə biləcəyini mən düşünmürəm. Əgər münaqişə ssenarisini götürürüksə, ABŞ-ın əlində yeganə şans Mərkəzi Asiya regionunda vəziyyəti gərginləşdirməklə Çin və Rusiyanı bir biri ilə savaşdırmaqdır. Ancaq bu halda Çin Rusiyanı üstələyə bilər. Baxmayaraq ki, Rusiya hərbi, kosmik və nüvə silahlarına görə Çindən üstündür amma iqtisadiyyat və texnologiyada isə Çin Rusiyadan qat-qat üstündür. Amma ABŞ hələ ki, bu siyasətə heç yaxın da gəlmir. Ona görə elə başa düşürəm ki, Trampın son bəyanatı ABŞ-ın Çin və Rusiya ilə münasibətlərinin yaxşı olmasına yönəlib. Hələki Tramp belə danışacaq. Tramp yenidən prezident seçiləndən sonra 2021-ci ildən ayrı siyasət apararsa, bu artıq hərbi məsələ olacaq. Amma hazırda ABŞ Rusiyanın dünya miqyasında, xüsusən Yaxın Şərq regionunda güclənməsinin qarşısını ala bilməyəcək".

 

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

“ABAD” daha bir bölgədə “food truck”-ını istifadəyə verdi

SONRAKI XƏBƏR

PARTİYALARIN “YOXA ÇIXDIĞI” SEÇKİ – Bu dəfə siyasətçilər yox, müstəqillər önə çıxırlar