"Tiflislə Bakı arasında əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir"-RƏY

"Tiflislə Bakı arasında əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir"-RƏY

Prezident İlham Əliyev Davosda bir sıra xarici ölkələrin nümayəndələri və şirkət rəhbərləri ilə işgüzar görüşlərini davam etdirib.
Gürcüstanın Baş naziri Georgi Qaxaria ilə görüş - ortaq qlobal və regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin vacibliyi və ölkələr arasında ikitərəfli dostluq münasibətlərinin uğurla inkişaf etdirilməsi mövzusunun açılması üçün üçün bir fürsətdir.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a danışıb. O, bildirib ki, Gürcüstan Azərbaycan arasında münasibətlər qarşılıqlı əməkdaşlıq formatında uğurla davam edir:
"Hər iki ölkə enerji sahəsində əməkdaşlıq etməklə qlobal enerji sahəsində də mühüm bir aktyordular. Qeyd edim ki, Gürcüstan tranzit ölkə olaraq Azərbaycanın neft-qaz ixracında mühüm rol oynayır. İki ölkənin əməkdaşlığı Avropanın enerji diversifikasiyası baxımından böyük əhəmiyyət kəsb edir .Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri TANAP və TAP bu gün Avropanın enerji məkanında əsas bazadır. Ona görə də Tiflislə Bakı arasında əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş nazirinin görüşü dövlətlər arasında əməkdaşlığı inkişaf etdirəcək və nəzərdə tutulan layihələrin tez bir zamanda reallaşmasına xidmət edəcək".

Mənbə: sonxeber.az