Erməni əsgər anaları etiraza qalxdı: "Paşinyan vədini yerinə yetirmir"

Erməni əsgər anaları etiraza qalxdı: "Paşinyan vədini yerinə yetirmir"

"Baş nazir Nikol Paşinyan vədini yerinə yetirmir, inqilabdan iki il keçib, lakin övladlarımızın qətlləri aşkara çıxarılmır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirən, övladları sülh şəraitində orduda ölmüş erməni əsgər anaları bildiriblər.

Onların sözlərinə görə, Nikol Paşinyan ayılmalı, güc strukturlarını dəyişdirməlidir.

"Artur Davtyan Baş prokuror olduğu, işlər eyni versiyalarda araşdırıldığı müddətcə, bunlar da aşkara çıxarılmayacaq", - deyə 2007-ci ildə ölmüş erməni hərbi qulluqçu Tiqran Ohancanyanın anası Gövhər Sarkisyan qeyd edib.

Mənbə: ordu.az