Erməni nazir: “Qohumları Qarabağda saxlanılan Azərbaycan vətəndaşlarını ziyarət edə bilər”

Erməni nazir: “Qohumları Qarabağda saxlanılan Azərbaycan vətəndaşlarını ziyarət edə bilər”

Ermənistanda və işğal altındakı Dağlıq Qarabağda saxlanılan azərbaycanlıların yaxınları onları ziyarət edə bilər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, xarici işlər naziri Zoqrab Mnatsakanyan hollandiyalı həmkarı Stef Blokla keçirdiyi mətbuat konfransında bu haqda danışıb.

“Ermənistanda və Qarabağda saxlanılan azərbaycanlıların qohumlarının və Azərbaycanda saxlanılan ermənilərin yaxınlarının qarşılıqlı səfərləri gündəmə salınıb”.

Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı Qarabağda saxlanılır. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum olunub. Azərbaycanda isə Karen Kazaryan və Araik Kazaryan adlı Ermənistan vətəndaşları cəza çəkir.

Mənbə: modern.az