Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışdı

Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışdı

Hazırkı və gələcək siyasətçilərin vəzifəsi İkinci Dünya Müharibəsi qəhrəmanlarının müqəddəs adını, həqiqəti və ədaləti qorumaqdır.

Sputnik Azərbaycan -yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin cümə axşamı baş tutmuş “Holokostun xatirəsini qoruyuruq, Antisemitizmlə mübarizə aparırıq” adlı forumda deyib.

“Təəssüf ki, bu gün müharibə haqqında xatirələr və onun verdiyi dərslər, onun irsi tez-tez ani bir siyasi konyunkturanın obyektinə çevrilir. Bu, tamamilə qəbuledilməzdir”, - Putin deyib.

“Bunun üçün bütün imkanlardan – informasiya, siyasi, mədəni, ölkələrimizin dünyadakı nüfuzundan və hörmətindən istifadə etmək vacibdir”, – Rusiya Federasiyasının prezidenti vurğulayıb.

Putin həmçinin bildirib ki, İkinci Dünya Müharibəsinin faciələrinin bir daha baş verməməsi üçün hər kəs məsuliyyət daşıyır. O deyib ki, şovinizmin və antisemitizmin ilk tumurcuqlarını gözdən qaçırmaq olmaz.

Mənbə: sputnik.az