Rusiya-Azərbaycan münasibətləri dostluq və tərəfdaşlığa əsaslanır

Rusiya-Azərbaycan münasibətləri dostluq və tərəfdaşlığa əsaslanır

Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk. Biz bunu ümumilikdə ölkələrimizin prezidentləri, Xarici İşlər nazirləri, hökumətlər səviyyəsində edirik.

Bu barədə “Bakı və Moskvada onları sevirlər” adlı sərgidə iştirak edən Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova jurnalistlərə müsahibəsində deyib

“Biz bütün sferalarda, bütün sahələrdə münasibətlərimizin əsas xarakterini daim qeyd edirik. Bu, dostluq, tərəfdaşlıq münasibətləridir, mehriban qonşuluq, tarixən meydana gələn sıx əlaqələr, iki ölkənin, iki xalqın taleyidir. Mənə elə gəlir ki, bugünkü forum bunu bir daha təsdiqlədi. İndi mən müəyyən etməyə çətinlik çəkirəm – mən Moskva tədbirindəyəm, yoxsa Azərbaycanda təşkil olunan tədbirdə? Çünki bu gün Bakıya gələn bu qədər sayda elita nümayəndələri, siyasi, vətəndaş cəmiyyəti təmsilçiləri, mədəniyyət xadimləri hər dəfə hətta Moskvada belə toplaşmırlar. Bu, ikitərəfli münasibətlərin inkişaf perspektivinə xüsusi ehtiramın və xüsusi diqqətin əlamətidir”, - deyə M.Zaxarova əlavə edib.

Mənbə: azertag.az