AB Türkiyəyə görə Rusiyaya sanksiya tətbiq edə bilmədi

AB Türkiyəyə görə Rusiyaya sanksiya tətbiq edə bilmədi

Avropa Birliyi Krım məmurlarına qarşı yeni sanksiyaların tətbiqini qəbul edə bilməyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb.

Sanksiyalar layihəsinin Kiprin mövqeyi ucbatından qəbul edilmədiyi bildirilib. Kipr bunun əvəzində Brüsselin Türkiyəyə qarşı sərt tədbirlər tətbiqini nəzərdən keçirməsini tələb edib.

Belə ki, Kipr AB üzvlərindən Türkiyənin ada yaxınlığından neft-qaz axtarışına mane olmalarını istəyib.

Mənbə: axar.az