Medvedyev niyə istefa verdi? – Peskov açıqladı

Medvedyev niyə istefa verdi? – Peskov açıqladı

Rusiyanın keçmiş baş naziri Dmitri Medvedyev Prezident Vladimir Putinin Federal Məclisə göndərdiyi mesaj fonunda Nazirlər Kabinetinin istefası barədə qərar qəbul etdi.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin yeni tapşırıq və qiymətləndirmələr verəndən sonra hökumət istefa qərarını qəbul etdi. O cümlədən Konstitusiyaya düzəlişlə bağlı. Bundan başqa Medvedyev prezidentə kömək və milli hədəflərə nail olmaqla bağlı “kart-blanş” vermək üçün Nazirlər Kabinetini buraxmağa qərar verdi. Əvvəlki hökumət öz borcunu istefaya getməklə ödədi”, - Peskov bildirib.

Mənbə: axar.az