Erməni generalın oğlu hərbi hissədə itaətsizlik çağırışları səsləndirib

Məlum olduğu kimi, 2019-cu il martın 17-də Meğri hərbi hissəsindən olan hərbi qulluqçular özbaşına şəkildə hərbi hissəni tərk ediblər və beləliklə öz etirazlarını bildiriblər.

Bundan sonra, martın 17-də bir qrup hərbi qulluqçu Qafana, daha sonra işğal altında olan Xankəndinin intizam hərbi hissələrinə, oradan da cəbhə xəttinə göndəriliblər.

Alay zabitlərinin sözlərinə görə, bu kütləvi aksiyanı təşkil etməkdə ittiham olunan hərbi qulluqçular mütamədi olaraq qeyri-qanuni davranışlarla diqqət çəkiblər.

Gorus qarnizonu prokurorunun müavini Sergey Xaçatryan tərəfindən faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 364-cü maddəsinin 2-ci hissəsi və 375-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb.

Təxminən 10 ay davam edən ilkin istintaqdan sonra cinayət işi məhkəməyə göndərilib.

Yeri gəlmişkən, itaətsizlik çağırışları səsləndirən əsgərlər arasında Ermənistan Müdafiə Nazirliyinin generallarından birinin oğlu da olub. Söhbət Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinin rəisi general-mayor Qenadi Tavaratsyandan gedir.

Lakin gördüyümüz kimi, o, hansısa hallarla razılaşdırılmış şəkildə hüquq-mühafizə orqanlarının vizual sahəsindən kənarda qalıb.

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanın “fantastik” nümunəsi və davamı

SONRAKI XƏBƏR

Süni zəka texnologiyası yeni silah yarışının komponenti kimi?