Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 409 beynəlxalq müşahidəçi akreditasiyadan keçib. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, müşahidəçilərin akreditasiyası davam edir və bu rəqəm artacaq.

M.Pənahov bildirib ki, 55492 yerli müşahidəçi akreditasiyadan keçib.

Mənbə: az.trend.az