“İrates”: Ermənistan rəhbərinin seçilməsi məsələsində Rusiyanın mövqeyi hər zaman vacib olub

Ordu.az xəbər verir ki, bu, Ermənsitanın “İrates” nəşrində dərc olunan məqalədə bildirilir.

Nəşr bundan bir müddət öncə öz mənbələrinə istinad edərək yazıb ki, rus dairələri Ermənistanın siyasi sahəsinə toxunur və artıq oyun üçün məbləğ qoyduğu bəzi xadimləri tapıb.

“Paşinyan halında bu, baş verməyib, üstəlik, ekspert dairələrindən daim əks fikir səslənir. Paşinyan Şimalda qəbul olunub. Qərblə daha çox əlaqəli olan Nikol Paşinyan hakimiyyətinin ilk aylarından başlayaraq Avropa İttifaqı və ABŞ-ın imtinasına rast gəlib”, - deyə müəllif bildirib.

Məlumata görə, Qərb artıq Paşinyana alternativ axtarır. Bu barədə hətta onların diplomatları da işarə ediblər. Şübhəsiz ki, ABŞ-ın Ermənistandakı “hər şeyi görən gözləri” müvafiq strukturlara çox şey ötürüb.

“İki qütbün maraqları üst-üstə düşərsə və Paşinyanı əvəz edən rolunda eyni şəxsi görərsə... Paşinyanı kifayət qədər ağır günlər gözləyir. Sarkisyanın Nikol Paşinyana nə dediyini xatırlayaq: “Xalqın adından 7-8 faiz səs almış fraksiyanın danışmağa hüququ yoxdur””, - deyə müəllif bildirib.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Erməni politoloq: “Paşinyan korrupsiyalaşmış rejimdən kimlə böyük həzzlə əməkdaşlıq edir?”

SONRAKI XƏBƏR

Metroda gecikmələr olub - VİDEO