Bakıda “Moskva Günləri“ keçiriləcək - VİDEO

Bakıda “Moskva Günləri“ keçiriləcək - VİDEO

2020-ci ilin yazında Bakıda Moskva Günləri keçiriləcək.

Bunu REAL-a müsahibəsində Moskva Hökumətinin naziri, Moskva şəhəri Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski deyib.

"Təbiiki bizdə mütəxəssislərin mübadiləsi nəzərdə tutulub, təbiiki biz Bakıda Rus Dram Teatrının yubileyini qeyd etməyə hazırlaşırıq və Moskvada burada iştirak edəcək. Beləki proqram çox böyükdür, o təkcə Bakı ilə imzaladığımız nəzəri və təşkilatı məqamları nəzərdə tutmur, o həmdə bu ildən etibarən praktiki əməkdaşlıq üçün proqram sənədi sayılır."

Qeyd edək ki, tədbir 1997-ci ilin iyunun 13-də Bakı və Moskva arasında imzalanan Memoranduma əsasən keçirilir.

Tədbirin keçirilməsində məqsəd Bakı və Moskva arasında idman, mədəni, elmi-texniki və iqtisadi əlaqələrin inkişafına töhfə vermək, habelə əməkdaşlığı inkişaf etdirməkdir.

 

Mənbə: www.realtv.az