Zelenski SSRİ-ni ittiham etdi: Nasistlərlə sövdələşmə...

Polşa və polşalılar ilk dəfə totalitar rejimlərin sövdələşməsini öz üzərlərində hiss etdilər.

Axar.az xəbər verir ki, bu sözləri Polşada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, bu razılaşma İkinci Dünya müharibəsinə gətirib çıxardı və nasistlərin Holokost qətliamına rəvac verdi:

“Bu gün demokratik dövlətlər istənilən aqressiyaya qarşı güclərini birləşdirməli və bəşəriyyəti növbəti iztirablardan xilas etməlidir".

Zelenski, həmçinin, Rusiyaya sanksiya təzyiqi və Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyindən dolayı Polşaya təşəkkürünü bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İŞİD İsraili hədələdi: “Kimyəvi silah poliqonu edərik”

SONRAKI XƏBƏR

Mərkəzi Bankda - DAHA BİR TƏYİNAT