Almaniya Prezidenti Osvensimin azad edilməsinin 75 illiyinə həsr olunmuş mərasimdə iştirak edib

Almaniya Prezidenti Osvensimin azad edilməsinin 75 illiyinə həsr olunmuş mərasimdə iştirak edib

“Əgər sən Osvensim vəhşiliklərinə gedən yolu tanıyırsansa, o zaman bu yolun əvvəlində ona qarşı mübarizə aparmalısan. Bu, son həddi olmayan məsuliyyətdir”.

AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, bu fikirləri öz həyat yoldaşı ilə nasist düşərgəsini ziyarət edən və buradakı Memorialın qonaqlar üçün ayrılmış kitabına ürək sözlərini yazan Almaniya prezidenti Frank-Valter Ştaynmayer ifadə edib.

Sonra Osvensimin azad edilməsinin 75 illiyinə həsr olunmuş mərasimdə çıxış edən Ştaynmayer Avropanı ayıq olmağa, ekstremizmin baş qaldırmasına imkan verməməyə və keçmişin dəhşətlərini gələcək nəsillərə xəbərdarlıq kimi başa düşməyə çağırıb. O “şərin hələ də yaşadığını” vurğulayıb.

Mənbə: azertag.az