İran Nüvə Silahlarının Yayılmaması Sazişindən çıxa bilər

İran parlamentində Nüvə Silahlarının Yayılmaması Sazişindən çıxmaq barədə təşəbbüs qaldırılıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, məsələnin nə vaxt səsə qoyulacağı hələlik məlum deyil.

İran hökuməti nüvə silah əldə etmək məqsədinin olmadığını dəfələrlə bildirib.

Ötən ilin may ayında İranın nüvə proqramına dair Müştərək Əhatəli Plandan (JCPOA) ABŞ birtərəfli qaydada çıxıb İrana qarşı sanksiyalar tətbiq edəndən sonra İran hökuməti həmin sənəddə təsbit olunmuş uranın zənginləşdirilməsi ilə bağlı öhdəliklərinə əməl etməyi dayandırıb.

Qərb KİV-nə görə İranın Nüvə Silahlarının Yayılmaması Sazişini tərk etməsi dünyada nüvə silahlarının məhdudlaşdırılması uğrunda mübarizəyə ciddi zərbə vura bilər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Yenidən qurulan Xırdalan dairəsi tikintidən sonra belə olacaq - FOTO

SONRAKI XƏBƏR

Bakıda Eko Parkların yaradılması – TƏKLİF EDİLDİ - ƏRAZİLƏR