Qətər Dövlətinin yeni Baş Naziri təyin olunub

Qətər Dövlətinin yeni Baş Naziri təyin olunub

Bakı, 28 yanvar, AZƏRTAC

Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Tani bu gün Baş Nazir Abdullah bin Nasir bin Xəlifə Al Taninin istefasını qəbul edib və Nazirlər Kabinetinin yeni başçısını təsdiqləyib.

AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, Qətərin Baş Naziri vəzifəsinə Xalid bin Xəlifə Al Tani təyin olunub.

Abdullah bin Nasir bin Xəlifə Al Tani əmirliyin hökumətinə 2013-cü ildən rəhbərlik edirdi.

Qərər Dövləti Əmirinin dəftərxanasının yaydığı məlumata görə, təyin olunmuş Baş Nazir eyni vaxtda Daxili işlər nazirinin səlahiyyətlərini də yerinə yetirəcək. Ölkənin xarici işlər və energetika nazirləri yeni kabinetdə öz vəzifələrini saxlayıblar.

Mənbə: azertag.az