Kadırovun bu görüntüsü şok yaratdı – Çeçenistanda gərginlik

Kadırovun bu görüntüsü şok yaratdı –  Çeçenistanda gərginlik

Əmək qabiliyyətini itirməsi ilə əlaqədar müvəqqəti olaraq yanvarın 13-dən vəzifəsindən gedən Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sosial mediada kampaniya başlayıb.

Çeçenistan vətəndaşlarının Kadırovun keşiş qiyafəsi ilə montaj edilmiş fotosunu sosial platformalarda sürətlə yayması güc strukturlarını əks-tədbir görməyə sövq edib.

Kadırovu təhqir etməkdə təqsirləndirilən 25 nəfər saxlanılıb. İlkin ifadələri alındıqdan sonra bu şəxslər həbs olunub.

Çeçenistan mətbuatı tutulanlar arasında tələbələrin və 62 yaşlı taksi sürücüsünün olduğunu, ümumilikdə hər yaş qrupundan olan şəxslərin evindən aparıldığı barədə məlumat yayıb.

Teleqraf.com

Mənbə: olaylar.az