İranın hücumu nəticəsində 50 ABŞ hərbçisi xəsarət alıb

İranın hücumu nəticəsində 50 ABŞ hərbçisi xəsarət alıb

“Yanvarın 8-də İranın ABŞ bazalarına aviazərbələr endirməsi nəticəsində 50 ABŞ hərbçisi yaralanıb”.

Cebhe.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-polkovnik Tomas Kempbell bəyan edib.

Bildirilib ki, həmin hərbçilər kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən ABŞ-ın hərbi xəstəxanalarına yerləşdiriliblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hücum nəticəsində xəsarət alanların olmadığını qeyd etmişdi.

Əhməd
Cebhe.info

 

 

Mənbə: cebhe.info