ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: 3 yaralı

ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: 3 yaralı

İranlı general Qasım Süleymani İraqda qətlə yetirildikdən sonra regionda vəziyyət gərgin olaraq qalır.

Ötən gecə ABŞ-ın Bağdaddakı səfirliyinə 3 raket hücumu həyata keçirilib. Fransız xəbər agentliyi AFP-nin məlumatında Bağdad səfirliyinin yüksək təhlükəsizlik yaşıl zonasına düşən raketlərdən birinin yeməkxanaya, digərinin isə bir az uzağa düşdüyü deyilir.
Hücumlarda 3 nəfərin yaralandığı öyrənilsə də, hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Bununla birlikdə rəsmilər hücumu İranın həyata keçirmə ehtimalını istisna etmirlər.
İraqın Baş naziri Adil Abdul Mehdi hücumları qınayıb və qeyd edib ki, bu cür hücumların davam etməsi "İraqı münaqişə zonasına çevirmək" riskini daşıyır.
ABŞ Dövlət Departamenti açıqlamasında "Biz İraq hökumətini diplomatik binalarımızın qorunması ilə bağlı öhdəliyi yerinə yetirməyə çağırırıq" deyib.

Sonxeber.az

Mənbə: olaylar.az