Qamsaxurdiyanın oğlu diplomatik vəzifəyə təyin olunub

Qamsaxurdiyanın oğlu diplomatik vəzifəyə təyin olunub

Gürcüstanın Almaniyadakı səfirliyinə yeni diplomatik elçi təyin edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu vəzifəyə Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın böyük oğlu Konstantin Qamsaxurdiya təyinat alıb.

Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, bu barədə qərar ötən ilin noyabrında qəbul olunub.

XİN-dən qeyd olunub ki, K.Qamsaxurdiyanın Cenevrədə beynəlxalq təşkilatlarda iş təcrübəsi, Almaniya ilə əlaqələri var və buna görə də o, diplomatik elçi vəzifəsinə seçilib.

Mənbə: report.az