Rusiya Polşaya nota verdi

Rusiya Polşaya nota verdi

Moskva Varşavaya Polşanın Sankt-Peterburqdakı baş konsulluğunun bağlanması barədə nota verib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
"Dekabrın 5-də Rusiya XİN Polşa tərəfinə nota göndərib və bildirib ki, Rusiyanın Poznandakı baş konsulluğunun Polşa hakimiyyəti tərəfindən bağlanmasına cavab olaraq, Rusiya tərəfi Polşanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyəti ilə bağlı verdiyi razılığı 2025-ci il yanvarın 10-dan etibarən geri çəkir", - məlumatda bildirilib.
Eyni zamanda Polşa konsulluğun üç əməkdaşını "arzuolunmaz şəxs" elan edilb.

Mənbə: www.bakupost.az