Makron bir neçə günə yeni namizədini açıqlayacaq

Makron bir neçə günə yeni namizədini açıqlayacaq

Fransa Prezidenti Emanuel Makron Barnye hökumətinin devrilməsindən sonra yaxın günlərdə Fransanın yeni Baş nazirini təyin edəcəyini bildirib.

BBC-yə istinadən xəbər verilir ki, bu barədə Makron xalqa müraciətində danışıb.

O, siyasi rəqiblərini tənqid edərək, ifrat sağ və sol partiyaların “anti-respublika cəbhəsi” kimi birləşdiyini deyib.

O, birbaşa seçicilərə müraciət edərək siyasi rəqiblərinin “xaos”u seçdiyini qeyd edib. Prezident onu da vurğulayıb ki, partiyaların bu addımı atmaqda məqsədi növbəti prezident seçkilərində öz mənfəətlərini güdmələri ilə bağlıdır.

Makron onu istefaya səsləyənlərə sona qədər davam postunda qalacağı cavabını verib.

Qeyd edək ki, onun səlahiyyət müddəti 2027-ci ilə qədərdir.

Mənbə: qafqazinfo.az