Türkiyədə yaşayan suriyalı qaçqınlar vətənlərinə qayıtmağa başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Xatırladaq ki, “Həyat Təhrir əl-Şam” qruplaşmasının başçılıq etdiyi üsyançılar noyabrın 27-də ölkənin şimalında, o vaxtkı qismən nəzarətdə olan İdlib əyalətindən hücuma başlayıb. Hücumda onlarla yanaşı Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri də iştirak edib.
Silahlılar bir neçə gün ərzində bütün İdlib vilayətini və ölkənin ikinci böyük şəhəri olan Hələb şəhərini ələ keçirib.
Dekabrın 5-də Suriya ordusu Suriyanın əhalisinin sayına görə beşinci şəhəri olan Həmanı tərk edib. Dekabrın 6-da ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirib. Dekabrın 8-nə keçən gecə hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olub. Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtını təyyarə ilə tərk edib.
Bizim.Media
Mənbə: bizim.media