İranın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə GƏTİRİLDİ

İranın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə

Bu gün İranın Azərbaycandakı sabiq səfiri Seyid Abbas Musəvi Prezident Administrasiyasının rəhbərinin protokol və rəsmi tədbirlər üzrə müavini vəzifəsinə təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Tasnim News” yazıb.

Məlumata görə, bununla bağlı Prezident Administrasiyasının rəhbəri Möhsün Hacımirzayi qərara imza atıb.

Bizim.Media

Mənbə: bizim.media