Gülər Ostinlə danışdı: Suriya müzakirəsi...

Gülər Ostinlə danışdı: Suriya müzakirəsi...

Türkiyə milli müdafiə naziri Yaşar Gülərlə ​​ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X səhifəsində məlumat yayıb.

"Dekabrın 8-də milli müdafiə naziri Yaşar Gülərlə ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı baş tutub. Tərəflər müdafiə və təhlükəsizliklə bağlı ikitərəfli və regional məsələlər, həmçinin Suriyadakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilib.

Mənbə: axar.az