Tramp:Zelenski sülhə hazırdır - "New York Post"

Tramp:Zelenski sülhə hazırdır - "New York Post"
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə sülhə hazırdır.
Donald Tramp bunu Notr-Dam kilsəsinin açılışı üçün Parisə səfəri zamanı dünya liderləri ilə görüşdən sonra "New York Post" qəzetinə müsahibəsində deyib.
"O, barışmaq istəyir. Bu yeni bir şeydir. O, atəşkəs istəyir. Detalları müzakirə etmədik. O, vaxtın yetişdiyini düşünür və Putin vaxtın yetişdiyini düşünməlidir", - ABŞ-nin gələcək prezidenti bildirib.
Tramp əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinə necə son qoyacağına dair konsepsiya hazırlayır.

Mənbə: www.bakupost.az