İran ordusu Əsədə niyə kömək etmədi? - Arakçı

İran ordusu Əsədə niyə kömək etmədi? - Arakçı

Suriyada müxalif qüvvələr 61 illik BƏƏS rejiminə son qoyarkən, Əsədə bağlı qüvvələrin niyə müqavimət göstərməməsi maraq kəsb edib.

İran xarici işlər naziri Abbas Arakçı sözügedən məsələyə münasibət bildirib.

O qeyd edib ki, Suriya təhlükəsizlik qüvvələri İdlibdəki hərəkatlardan xəbərdar idi, lakin orduda çatışmazlıq müqavimət göstərməyə yetərli olmadı:

“Suriya ordusu (Əsəd rejiminə bağlı qüvvələr – red.) motivasiya itkisi yaşayırdı. Bu vəziyyət də təbliğat və psixoloji müharibədən qaynaqlanır”.

XİN başçısı eyni zamanda qeyd edib ki, İranın Suriyadakı hərbi varlığı İŞİD-lə mübarizə ilə məhdudlaşır:

“Suriyanın daxili problemlərinin həlli isə hökumətin üzərinə düşən vəzifədir”.

Qeyd edək ki, 8 dekabrda “Heyət Təhrir əş-Şam” qruplaşması Dəməşqi ələ keçirərək, Bəşər Əsəd rejimini devirib. Bəşər Əsəd ailəsi ilə birgə Rusiyaya sığınıb.

Mənbə: axar.az