ABŞ Dəməşqdəki səfirliyinin fəaliyyətini hələ ki, bərpa etmək niyyətində deyil, ilk addımı Suriyanın yeni hakimiyyətindən gözləyirik.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.
“Hazırda bunu planlaşdırmırıq”, - deyə o bildirib.
Qeyd edək ki, dekabrın 9-da Miller Dəməşqdə ABŞ səfirliyinin təhlükəsizliyinin təmin edildiyini, lakin orada diplomatların olmadığını açıqlamışdı.
Mənbə: axar.az