Belarus Polşaya rəsmi nota VERDİ

Belarus Polşaya rəsmi nota

Polşanın Minskdəki müvəqqəti işlər vəkili Kşiştof Ojanne Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə BelTA məlumat yayıb.

Məlumata görə, Polşanın müvəqqəti işlər vəkilinə rəsmi nota təqdim edilib.

Buna səbəb Polşa xüsusi xidmət orqanlarının Moldovadakı Belarus diplomatına 100 min avro müqabilində casusluq təklif etməsi olub.

Mənbə: bizim.media