Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.
Mənbə: qafqazinfo.az