Əli Nağıyev Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO

Əli Nağıyev Heydər Əliyevin məzarını ziyarət etdi -

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram bildirilib və məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Mənbə: qafqazinfo.az