Tehran-İrəvan-Dehli görüşü: növbəti dəfə “məsləhətləşdilər”

Tehran-İrəvan-Dehli görüşü:

Yeni Dehlidə Ermənistan-Hindistan-İran üçtərəfli formatında 2-ci məsləhətləşmələr baş tutub.

Bu barədə Ermənistan XİN məlumat yayıb.

Məsləhətləşmələr zamanı XİN nümayəndə heyətləri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində sıx əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, bu kontekstdə Çabahar limanının rolunu qeyd ediblər.

Mənbə: axar.az