Kiyevə 72-ci yardım paketini ayırdılar

Kiyevə 72-ci yardım paketini ayırdılar

Vaşinqton Ukraynaya PUA və zirehli texnikanın daxil olacağı daha bir hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlama verib.

“Bu gün prezident Ukraynaya əlavə hava hücumundan müdafiə, artilleriya, pilotsuz uçuş aparatları və zirehli maşınlar təqdim edəcək yeni təhlükəsizlik yardım paketini təsdiqləyib”, - o bildirib.

ABŞ administrasiyasının nümayəndəsinin qeyd edib ki, bu, artıq Kiyev üçün 72-ci yardım paketidir. Onun sözlərinə görə, Vaşinqton Co Baydenin səlahiyyət müddəti başa çatana qədər Ukraynaya əlavə yardım ayırmağa çalışacaq.

Mənbə: qafqazinfo.az