Putin Paşinyanı dəvət etdi və gözləyir... - Peskov

Putin Paşinyanı dəvət etdi və gözləyir... - Peskov

MDB ölkələrinin liderlərinin Sankt-Peterburq görüşündə Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakını gözləyirlər.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident Paşinyanı dəvət edib və təbii ki, onu digər həmkarları ilə birlikdə Sankt-Peterburqda ənənəvi görüş üçün gözləyir. Bu, təbii ki, qeyri-rəsmidir, lakin eyni zamanda, həm MDB, həm də Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı orada olacaq. Gündəm kifayət qədər əhəmiyyətlidir”, - Peskov bildirib.

Mənbə: axar.az