Ərdoğandan Pakistana dəstək: "Biz sizi sevməyəcəyiksə, kimi sevəcəyik?"

Ərdoğandan Pakistana dəstək: "Biz sizi sevməyəcəyiksə, kimi sevəcəyik?"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Parlamentində baş tutan Beynəlxalq Məclis və Senatda çıxış edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan parlamentdəki çıxışında Pakistanın qardaş ölkə olduğunu bildirib: “Pakistanı qətiyyən özümüzə yad hesab etmirik, hazırda biz öz evimizdəyik. Öz evimizdə sizlərlə bir yerdəyik. Türkiyə ilə Pakistan arasındakı qardaşlıq bağı dünyada çox az ölkəyə nəsib olub. Biz sizi sevməyəcəyiksə, kimi sevəcəyik? Pakistan xalqının “Qurtuluş” müharibəsində yeməklərindən kəsərək bizə göndərdikləri yardımları heç zaman unutmarıq. Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur. Siyasi təzyiqə məruz qalan Pakistana dəstək verəcəyik. Kəşmir xalqının azadlıqlarından məhrum edilməsinin kimsəyə faydası yoxdur. Kəşmir problemi müharibə ilə deyil, ancaq ədalət və haqq yolu ilə həll oluna bilər. Türkiyə də öz növbəsində bu məsələdə ədalətin, sülhün, danışıqlar yolu ilə həllin tərəfində olacaq”.

Qeyd edək ki, R.T.Ərdoğan Pakistanın Əfqanıstan sülh prosesinə verdiyi müsbət töhvələri də yüksək qiymətləndirib.

Firəngiz Quliyeva

Mənbə: www.yeniavaz.com