ATƏT DTİHB-nin Attara qarşı addımının gerçək səbəbi üzə çıxdı - VİDEO

ATƏT DTİHB-nin Attara qarşı addımının gerçək səbəbi üzə çıxdı - VİDEO

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müraciəti əsasında akkreditasiyası ləğv edilən müşahidəçi, professor Aygün Attar DTİHB-nin onun qısamüddətli beynəlxalq müşahidəçi missiyasını ləğv etməsinin gerçək səbəblərini açıqlayıb.

Publika.az xəbər verir ki, ReAl Tv-yə müsahibə verən A.Attar ATƏT DTİHB-nin qərəzli mövqeyinə etiraz etdiyi üçün bu haqsızlıqla üzləşmədiyini bildirib.

“Azərbaycanda parlament seçkilərindən öncə ATƏT DTİHB-nin keçirdiyi iclaslarda qərəzli mövqe sərgilədiklərindən narahat olduğumu bildirdim. Yazısı şəkildə müşahidə missiyasının rəhbərinə məktub ünvanladım. Elmi-nəzəri və faktlarla sübut etdim ki, ATƏT-in müşahidə missiyası öz vəzifə və səlahiyyətlərindən kənara çıxa bilməz, amma qərəzli mövqe sərgiləyir. Yalnız radikal və müxalif fikirləri həqiqət kimi təqdim edir. Azərbaycan siyasəti haqqında analiz təqdim etdim və qeyd etdim ki, ATƏT Azərbaycan xalqının seçiminə müdaxilə etməməlidir. Bu xalqın seçimidir və hörmətlə qarşılanmalıdır”, - Attar vurğulayıb.

Mənbə: publika.az