Özbəkistan və Qazaxıstan koronavirusa qarşı çıxmağa hazır deyil - POMPEO

Özbəkistan və Qazaxıstan koronavirusa qarşı çıxmağa hazır deyil - POMPEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan və Qazaxıstanın infrastrukturu koronavirusa qarşı durmağa hazır deyil.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu fikirləri ABŞ-ın dövlət katibi Mayk Pompeo səsləndirib.

“Bizi virusun qorunması üçün adekvat infrastrukturu olmayan yerlər narahat edir. Məsələn, mən Özbəkistanda və Qazaxıstanda Çinlə uzun sərhədləri olan yerlərdə olmuşam, onlar da koronavirus kimi hər hansı miqyaslı təhlükənin öhdəsindən gəlmək imkanına malik deyillər”,-deyə o, Münhenə Təhlükəsizlik konfransına yola düşən təyyarənin bortunda jurnalistlərlə söhbət edərkən bildirib.

Pompeo qeyd edib ki, ABŞ koronavirusa qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş büdcə çərçivəsində yalnız Çinə deyil, həm də Qazaxıstana və Özbəkistana yardımı maliyyələşdirmək niyyətindədir.

ABŞ dövlət katibi əmindir ki, təhlükəyə qlobal, vaxtında və düzgün cavab lazımdır.

“Biz epidemiyanı dayandırmaq üçün nə edə biləcəyimiz hər şeyi edəcəyik. Artıq 100 milyon dollar yardım ayırmışıq. Bəlkə daha da çox olacaq. Bu yardım, əlbəttə ki, Çinə gedəcək, həm də dünyanın digər yerlərində də istifadə olunacaq”, – deyə Pompeo vurğulayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az