İdlib gərginliyi: Türkiyədəki rusları nə gözləyir? - Kremldən münasibət

İdlib gərginliyi: Türkiyədəki rusları nə gözləyir? - Kremldən münasibət

Ankara istisnasız olaraq Türkiyədə işləyən bütün rusların təhlükəsizliyini təmin edəcək.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Rusiyanın Türkiyədəki səfirinin Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsindən sonra təhdid almağa başlaması barədə xəbərə münasibət bildirərkən deyib.

TASS-ın verdiyi məlumata görə, Peskov qeyd edib ki, Kreml Türkiyənin Rusiya diplomatik nümayəndəliyinin və bütün işçilərinin, habelə Türkiyədə işləyən Rusiya şirkət və qurumlarının işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyinə şübhə etmir.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy cümə günü Ankarada verdiyi müsahibədə Türkiyənin Rusiya diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri gördüyünü bildirib.

Alpər

Mənbə: qaynarinfo.az