Türkiyə Qüdsün erməni məhəlləsini ələ keçirməyə çalışır

Türkiyə Qüdsün erməni məhəlləsini ələ keçirməyə çalışır

Son zamanlar Türkiyə Qüdsün erməni məhəlləsində nüfuz sahibi olmaq üçün fəal addımlar atır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İsrailin “The Jewish Press” nəşri yayıb.

Mənbə bildirir ki, son bir neçə ildə türk diplomatları yerli xristianlara məxsus mülkiyyəti əldə etməyə çalışırlar.

Ermənilərin qondarma “soyqırımı” ilə bağlı nadir foto və sənədlər muzeyinə sahib olan rayon sakinlərindən biri İlya Kaxabacyan bildirib ki, türkiyəli diplomat onu fəaliyyətinin dayandırılmasına inandırmağa çalışıb.

İlya diplomatın onu təhdid etmədiyini vurğulayıb: “Mən onunla razılaşmadım və getməsini xahiş etdim”.

Erməni məhəlləsində mülkiyyət sahibləri qeyd edirlər ki, Türkiyə hökumətinin nümayəndələri bu yaxınlarda müxtəlif ehtiyaclara görə 3000 dollar məbləğində bir neçə qrant təklif ediblər, lakin onların təklifləri yerli sakinlər tərəfindən tamamilə rədd edilib.

Mənbə: konkret.az